Tez-tez verilən suallar
-
Kredit bürosu nədir?
Kredit bürosu kredit tarixçәsi subyektinin kredit tarixçәsini tәşkil edәn mәlumatları toplayan, saxlayan, tәhlil edən vә kredit hesabatlarını verən, eyni zamanda qanunvericiliklə müəyyən olunmuş digər fəaliyyət növlərini həyata keçirən kommersiya hüquqi şәxsidir.
-
Kredit hesabatı nədir?
“Kredit büroları haqqında Azәrbaycan Respublikasının Qanunu” ilə icazə verilәn mәqsәdlәr vә hәcm daxilindә mәlumat istifadәçilәrinә kredit tarixçәsindәn verilәn mәlumat.
-
Kredit tarixçәsi nədir?
Mәlumatların saxlandığı üsul vә formadan asılı olmayaraq kredit tarixçәsi subyektinin cari vә ödәnilmiş borcları, borc öhdәliklәrinin tәminatı ilә bağlı, habelә ödәmә qabiliyyәtinin vә borc öhdәliklәrinin icra intizamının qiymәtlәndirilmәsi üçün lazım olan mәlumatların mәcmusu.
-
Kredit tarixçəsini necə əldə edə bilərəm?
Kredit tarixçəsinin əldə edilməsi üçün 1 saylı "ASAN kommunal" mərkəzinə (Bakı şəhəri, Ak. Həsən Əliyev 34) şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsilə, elektron imza (https://www.acb.az/services/extract-from-the-credit-bureau.html) və Büroya distant sorğu müraciəti forması ilə müraciət etməyiniz tələb olunur.
-
Skorinq nədir?
Kredit skorinq – riyazi-statistik metodlara əsaslanan və müştərinin krediti geri ödəmə imkanlarını cari kredit tarixçəsi əsasında qiymətləndirən 3 rəqəmli reytinq sistemidir. Skorinq riskləri proqnozlaşdırmaq üçün dizayn edilir ki, kredit və ya kredit məhsulu təqdim edən təşkilatda Sizin qarşıdakı müddət ərzində kredit öhdəlikərinizi ödəyib-ödəməyəcəyiniz haqqında təsəvvür formalaşdırır.
-
Niyə mənim skorum mövcud deyil?
Kredit skorunun olmaması o məna daşıyır ki, kredit bürosuna cari tarixədək kredit tarixçəsi subyektinin borc öhdəlikləri haqqında daxil olmuş məlumatlar ona reytinq verilməsinə kifayət etmir. Kredit reytinqinin verilməsindən imtina olunduqda Büro bunun hansı səbəbdən baş verdiyini kredit hesabatında əks etdirir.
-
Kredit tarixçəmdə gecikmə günlərinin görünmə müddəti nə qədərdir?
““Azərbaycan Kredit Bürosu”na məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi Qaydaları”na uyğun olaraq, borcalanın borc üzrə aparılmış sonuncu ödənişi borc öhdəliyinin müqavilə üzrə bitmə tarixində və ya bitmə tarixindən əvvəldirsə, kredit tarixçəsindəki gecikmə günləri borcun gecikdirildiyi aydan sonrakı 2 il, borc öhdəliyinin müqavilə üzrə bitmə tarixindən sonradırsa, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən, həmin məlumatda edilmiş son dəyişiklikdən sonra gecikmə günləri 10 il müddətinə məlumat istifadəçilərinə açıqlanır.
-
Məlumatların Büronun informasiya sistemində yenilənmə müddəti nə qədərdir?
““Azərbaycan Kredit Bürosu”na məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi Qaydaları”na uyğun olaraq, məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətdə növbəti 4 (dörd) iş günü ərzində, yeni borclar və bağlanmış kreditlər haqqında olan məlumatlar 2 (iş) günü ərzində təqdim edilir.
-
Büroya necə qoşulmaq olar?
Kredit büroları haqqında Qanuna əsasən Büroya aşağıdakı təşkilatlar tərəfdaş ola bilərlər:
1. kredit tәşkilatları;
2. sığortaçılar, tәkrarsığortaçılar, lizinq müqavilәsinin subyekti olan lizinq verәn vә faktorinq müqavilәsinin subyekti olan faktorlar;
3. Azәrbaycan Respublikasının Mәrkәzi Bankı;
4. nisyә mal alğı-satqısı ilә mәşğul olan hüquqi şәxslәr vә hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti ilә mәşğul olan fiziki şәxslәr;
5. mobil telefon operatorları;
6. kommunal xidmәtlәri göstәrәn müәssisәlәr;
7. kredit bürosunu fәrdi mәlumatlarla tәchiz edәn digәr subyektlәr.
Büroya qoşulma prosesi
"Kredit büroları haqqında" Qanuna əsasən Büro ilə məlumat mübadiləsində iştirak müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri, o cümlədən məlumat təchizatçısının və məlumat istifadəçisinin müvafiq Qanunla nəzərdə tutulmuş vəzifələri, təqdim edilən məlumatın tərkibi və təqdimetmə müddətləri, kredit hesabatının alınması üçün sorğuların təqdim edilməsi və kredit hesabatlarının verilməsi qaydası, habelə tərəflərin məsuliyyəti öz əksini tapır.
Müqavilənin standart formasını Büroya müraciət etməklə əldə etmək olar.
Müvafiq müqavilə imzalandıqdan sonra aşağıdakı prosedur qaydalarını həyata keçirməklə təşkilat Büronun məlumat bazalarından və təklif etdiyi digər xidmətlərdən istifadə edə bilər:
• Büronun təqdim etdiyi forma və tələblər nəzərə alınmaqla məlumatların Büroya ötürülməsi üzrə texniki hazırlığın başa çatdırılması;
• İstifadəçi adlarının və giriş hüquqlarının Büronun tələbləri əsasında əldə edilməsi.
Büroda istifadəçi adlarının və giriş hüquqlarının alınması üçün aşağıdakı prosedurlar tətbiq edilir:
1. Məlumat təqdim edilməsi və sorğu edilməsi üzrə aşağıdakı sənədlər Büroya təqdim olunur:
• İstifadəçi adının açılması üçün təşkilatın rəsmi müraciət məktubu
• Məlumat yüklənməsi üzrə təşkilatın daxili əmri
• Sorğu səlahiyyəti verilməsini təsdiq edən təşkilatın daxili əmri
• Təşkilata məxsus statik IP-nin qeydiyyata alınması üçün rəsmi müraciət məktubu
2. Mərkəzi Bankdan təkmil elektron sertifikat əldə olunur.
Qeyd olunan prosedurlar tamamlandıqdan sonra Büro tərəfindən təqdim olunan sənədlər yoxlanılır, təkmil sertifikatla istifadəçi adı əlaqələndirilir və təşkilata Büronun məlumat bazalarından istifadəyə giriş icazəsi verən istifadəçi adı və şifrə təqdim olunur.
Büroya məlumat təqdim edən və sorğu edən hər bir təşkilat qanunvericiliyə əsasən sorğu olunan və məlumatları Büroya təqdim olunan şəxslərin razılığını almalıdır.